İran və Almaniya xarici işlər nazirlərinin iclası
İyul 11, 2015 09:27 Asia/Baku
İran və Almaniya xarici işlər nazirlərinin iclası ehtimal olunan nüvə razılaşması istiqamətində ixtilafların həllinin araşdırılması məqsədilə Vyanada keçirilib.
IRNA-nın məlumatına görə, Almaniyanın xarici işlər naziri Frank Valter Ştanmayer Vyana vaxtı ilə dünən axşam İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.İranın xarici işlər naziri həmçinin cümə günü Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və ABŞ dövlət katibi Con Kerri ilə üçtərəfli iclas keçirib. Bu iclasdan sonra altılıq qrupunun daxili və koordinasiya iclası keçirilib.
İngiltərənin xarici işlər naziri Filipp Hamond ümidvarlıq edib ki, qarşıdakı saatlarda İran ilə altılığın həmkarlığı ilə bəzi məsələlər həll olunacaq.
Həmçinin Avropa Birliyi bir bəyanat yayaraq, bildirib ki, İran ilə 5+1 qrupu arasındakı Vyana nüvə müzakirələrinin davam etdirilməsi hədəfi ilə İrana qarşı sanksiyaların dayandırılması iyulun on üçünədək uzadıldı. Amerika dövləti da cümə günü bildirib ki, İran ilə altı dünya qüdrəti arasında müvəqqəti nüvə razılaşmasının etibarı yekun razılaşmaya nail olmaq üçün və daha artıq möhlət yaratmaq məqsədilə gələn bazar ertəsi gününədək uzadılıb.