Çin və Rusiya ilə əlaqələrin genişləndirilməsi İranın prioritetlərindəndir
İyul 11, 2015 10:09 Asia/Baku
-
Çin və Rusiya ilə əlaqələrin genişləndirilməsi İranın prioritetlərindəndir
İranın Rusiyadakı səfiri Çin və Rusiya ilə əlaqələrin genişləndirilməsini İranın prioritetlərindən adlandırıb.
İranın Rusiyadakı səfiri Mehdi Sənayi "İran" qəzetinin bugünkü sayı ilə müsahibədə deyib: Regional və beynəlxalq məsələlərin həllində Rusiya, Çin və İran üç əsas ölkədir və İpək yolu, Avrasiya və Yaxın Şərq hövzələri kimi üç fərqli imkan da bu ölkələri bir-birinə bağlayır.İranın Rusiyadakı səfiri qeyd edib ki, beynəlxalq olaylar Rusiya, Çin və İranın əməkdaşlıq etmələri zərurətini daha da artırır.
İranın Rusiyadakı səfirinin sözlərinə görə, sanksiyaların aradan götürülməsilə İran İslam Respublikasının xarici ticarətdəki rolu artacaq və İranda daha geniş investisiyaya imkan yaranacaq.
Sənayi həmçinin deyib ki, Rusiya və Çin də sanksiyalardan sonrakı şəraitdə İranla iqtisadi və ticari mübadilələrdə daha böyük rol oynaya və onlar arasında razılaşdırılmış bir çox ticarət və sənaye layihələri bir daha fəallaşa bilərlər.