Qarşıda çətin məsələlər durur
İyul 11, 2015 19:42 Asia/Baku
Avropa Birliyi Şurasının İrana qarşı sanksiyaların ləğvini üç gün uzatdığı bir halda, Amerikanın dövlət katibi İranın xarici işlər naziri ilə görüşdən sonra özünün Twitter səhifəsində yazıb: Hələ də müzakirələrdə çətin məsələlər durur ki, həll edilməlidir.
Digər tərəfdən, İranın nüvə müzakirə heyətinə yaxın bir mənbə deyib ki, ehtimal olunan razılaşma mətni hələ yekunlaşmayıbdır və hələ də razılaşma mətnində açıq qalmış və həll yolu olmayan problemlər durur.