Ruhani: İran xalqı öz problemlərini məntiqlə həll edir
https://azeri.sahartv.ir/news/İran-i195785-ruhani_İran_xalqı_öz_problemlərini_məntiqlə_həll_edir
İran İslam Respublikası prezidenti deyib: İran xalqı həmişə öz problemlərini tarixi və siyasi baxımdan məntiqlə həll etmiş və öz hüququnu yerdə qoymamışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2015 04:59 Asia/Baku
  • Ruhani: İran xalqı öz problemlərini məntiqlə həll edir
    Ruhani: İran xalqı öz problemlərini məntiqlə həll edir

İran İslam Respublikası prezidenti deyib: İran xalqı həmişə öz problemlərini tarixi və siyasi baxımdan məntiqlə həll etmiş və öz hüququnu yerdə qoymamışdır.

Həsən Ruhani şənbə gecə mədəniyyətsevərlər və mədəniyyət xadimləri ilə iftar ziyafətində incəsənətin, ən gözəl və təsirli işi ən gözəl şəkildə bəyan etmək olduğunu bildirərək deyib: Hökumət buna əsasən dünya ilə nüvə müzakirələrinə daxil olub və beynəlxalq qüdrətlərlə hünərlə müzakirə apardığını söyləmək olar.
Beynəlxalq qüdrətlərlə son 22 ay müzakirəyə toxunan Ruhani deyib: Baxış, təbəssüm, danışmaq və xarici iclaslara giriş çıxışın forması xarici siyasətdə mənalı və təsirlidir. Elə bir formada ustalıqla rəftar etdik ki, əgər müzakirələr uğurlu olmazsa, dünya qəbul etsin ki, İran məntiq və dialoq əhlidir, heç vaxt müzakirə masasını tərk etməyib, ən gözəl formada şübhələrə cavab vermiş və öz mövqeyini bəyan etmişdir.
İran prezidenti əlavə edib: Əgər Allahın lütfü və xalqı duası ilə müzakirələrin qalibi olsaq, dünya bilsin ki, İran xalqı öz problemlərini məntiqlə aradan qaldırmağı bacaran hünərli xalqdır.