İyul 12, 2015 19:14 Asia/Baku
  • Vyana müzakirələri
    Vyana müzakirələri

İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavininin iclası təxminən 3 saat davam edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bir neçə saat sonra ABŞ dövlət katibinin müavini Vendi Şermanın qoşulması ilə bu müzakirələr davam edəcək. İki həftə sıx və mürəkkəb müzakirələrdən sonra danışıqlar Yekun Müştərək Təşəbbüs Proqramına çatmaq üçün son xəttə yaxınlaşıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerri Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ilə birlikdə şənbə gecə Vyanada 2 saat müddətinə danışıqlar apardılar.
ABŞ dövlət katibi İran xarici işlər naziri ilə iclasını müsbət və yaxşı dəyərləndirib və deyib: Hələlik çətin işlər vardır.
Fransa xarici işlər naziri Loran Fabius da deyib: Vyanaya qayıdır. Çünki anlaşmanın əldə olunmasına çox-çox ümid bəsləyir.
İran və Altılıq qrupu arasında nüvə müzakirələri təyin olunan 1 iyul müddətindən sonra hələ də davam edir. Lakin görünür iki tərəf bazar ertəsi gününü bu anlaşmaya çatmaq üçün son zaman təyin ediblər.
Bu məlumata görə, yekun nüvə anlaşması əldə olunduğu və İslam İnqilabının Böyük Rəhbərinin təkidləri çərçivəsində olduğu halda, İran əleyhinə sanksiyalar ləğv olunacaq, İran bir daha sanksiya ölkəsi tanınmayacaq və yalnız bir sıra müvəqqəti məhdudiyyətlər proqnoz olunub. Onlar da məntiqi və məhdud müddətdən sonra ləğv olunacaqdır.
Həmçinin bütün iqtisadi, bank və maliyyə sanksiyaları Yekun Müştərək Təşəbbüs Proqramının icra olunduğu gün ləğv ediləcək.
Yekun Müştərək Təşəbbüs Proqramı İranın qırmızı xətlərinin müəyyənləşdiyi, bəzi müvəqqəti və məhdud addımların fərqli zamanlarda nəzərdə tutulduğu bir neçə anlaşmanı özündə ehtiva edən bir məcmudur.

Teqlər