İran dövlətinin nüvə hüquqları və nailiyyətlərini qorumaq borcu elan olunub
İyul 13, 2015 03:48 Asia/Baku
-
İran dövlətinin nüvə hüquqları və nailiyyətlərini qorumaq borcu elan olunub
İran prezidenti Həsən Ruhani İran dövlətinin nüvə hüquqları və nailiyyətlərini qorumaq borcu qanununu icra olunmaq üçün İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatına bəyan edib.
Səhər kanalının məlumatına görə, bu qanun iyunun 23-də İran İslam Şurası Məclisində qəbul olunub və iyunun 24-də Əsas Qanun üzrə Ekspertlər Şurası tərəfindən təsdiq edilib.Bu qanuna görə, İranın altılıq ölkələri ilə nüvə müzakirələrinin hər cür nəticələri sanksiyaların bir yerdə və tam şəkildə ləğvinin razılaşma mətnində dərc olunacağı və İran İslam Respublikasının öhdəliklərinin icra olunduğu gündə həyata keçiriləcəyi halda mötəbərdir.
Həmçinin İranın xarici işlər naziri altı aydan bir, razılaşmanın icra gedişi haqda İslam Şurası Məclisinə məlumat verməyə, eləcə də İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası da altı aydan bir, nüvə razılaşmasının icra tərzi barədə məclis üzvlərinə məlumat verməyə borcludurlar.
Bu qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müahidə razılaşması çərçivəsində nüvə saytlarına adi nəzarət keçirə bilər və alimlər, sənədlər, həssas qeyri-nüvə, təhlükəsizlik və hərbi məkanlara getmək qadağandır və İran Ali Milli Təhlükəsizlik Şurasının qərarlarına riayət olunmalıdır.
Həmçinin bu qanunda qeyd olunub ki, inkişaf, tədqiqat və dinc nüvə elmi və texnologiyasının kəsb edilməsi üçün heç bir məhdudiyyət qəbul edilmir və müzakirələrin nəticələri İran İslam Şurası Məclisinə təqdim edilməlidir.
Teqlər