İyul 13, 2015 08:20 Asia/Baku
  • Zərif: Uzadılmadan söz getmir; müzakirələr bazar ertəsi günü də davam edəcək
    Zərif: Uzadılmadan söz getmir; müzakirələr bazar ertəsi günü də davam edəcək

İranın xarici işlər naziri müxbirlərin sualının cavabında deyib ki, müzakirə aparanlar bazar ertəsi günü də işləyəcəklər.

IRNA-nın məlumatına görə, dünən axşam Vyananın Koburq otelinin balkonundan müxbirlərlə danışan Məhəmməd Cavad Zərif həmçinin müzakirələrin uzadılması ilə bağlı suala cavabda deyib: Uzadılmadan söz getmir.
Qeyd edək ki, bazar günü də İranın xarici işlər naziri və Amerikanın dövlət katibi bir-biriləri ilə danışıblar.
İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı da bazar günü Amerika dövlət katibinin müavini Vendi Şermən, Barak Obamanın xüsusi köməkçisi Robert Mali və Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmidtlə iclaslar keçiriblər.

Teqlər