İyul 13, 2015 14:25 Asia/Baku
  • Borucerdi: İranın Amerikanın artıqtamahlığı qarşısında durması qaçılmazdır
    Borucerdi: İranın Amerikanın artıqtamahlığı qarşısında durması qaçılmazdır

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, İranın nüvə komandasının müqaviməti və İranın Amerikanın artıqtamahlığı qarşısında durması qaçılmazdır.

Səhər kanalının məlumatına görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi İran ilə altılıq qrupu arasındakı nüvə müzakirələri prosesinə işarə edərək, əlavə edib: Amerika neçənci dəfə olaraq göstərdi ki, etimad olunası deyil və əldə olunmuş son yekunlaşmada da oyunun qaydasını pozdu.
Borucerdi söyləyib: Nüvə müzakirələri məsələsində İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təyin olunmuş xətlərə və Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təyin edilmiş hüdudlara əsasən, İranın nüvə müzakirə komandası, xüsusən İran xarici işlər nazirinin Amerikanın artıqtamahlığı qarşısındakı müqaviməti təqdirəlayiqdir.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ümidvarlıq edib ki, müzakirə komandasının bu yolunun davam etməsi ilə müzakirə meydanında İran İslam Respublikasının milli maraqları reallaşacaqdır.

Teqlər