İyul 13, 2015 16:34 Asia/Baku
  • İraqçı: Müzakirələr son gərgin anlara çatıb
    İraqçı: Müzakirələr son gərgin anlara çatıb

İranın baş nüvə müzakirəçisi Vyanada deyib ki, İran ilə altılığın nüvə müzakirələri son gərgin anlara çatıb.

IRIB-nin məlumatına görə, Seyid Abbas İraqçı bu gün Vyanada müxbirlərlə müsahibədə "Görəsən, bu gecə razılıq əldə oluncaqdırmı?"sualının cavabında əlavə edib: Müzakirələr son gərgin anlara çatıb; bu iki-üç gün ərzində doğrudan da yaxşı irəliləyişlər əldə olunub, amma hələ problemlər mövcuddur ki, həll olunmayınca, yekunlaşma elan etmək olmaz.
İraqçı Vyanada müzakirələrin İran ilə altılıq arasında davam etməkdə olduğunu deyərək, söyləyib: Çalışırıq ki, bu problemləri yekunlaşdıraq və elə bir nöqtəyə çatdıraq ki, hər iki tərəfin razılığı olsun.

Teqlər