Salehi: Bütün keçmiş məsələlər barədə anlaşma olub
İyul 14, 2015 15:00 Asia/Baku
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Keçmiş məsələlərin həlli üçün İran İslam Respublikasının qırmızı xətlərinə tam riayət olunmaqla nüvə anlaşması əldə olunub.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran prezidentinin müavini və Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi çərşənbə axşamı günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yol xəritəsi adlandırılan anlaşmanı imzaladıqdan sonra jurnalistlərə deyib: Bu anlaşmada İran və AEBA tərəfindən addımlar atılaraq bütün keçmiş məsələlər tam şəkildə həll olunacaqdır.İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Bütün anlaşmaların icrası, o cümlədən Parçin hərbi obyekti məsələsi üçün qaydaların hazırlanması İslam Respublikasının qırmızı xətlərinə tam riayət olunmaqla həyata keçiriləcək.
Əli Əkbər Salehi ümidvarlıq edib ki, keçmiş məsələlərin həll olunması ilə İran və AEBA arasında münasibətlər və əməkdaşlıqların yeni səhifəsi açılacaq.