Zərif və Mogerini: Bu gün tarixi bir gündür
İyul 14, 2015 16:51 Asia/Baku
Vyana nüvə müzakirələrinin sonunda İran İslam Respublikası və 5+1 qrupu müştərək bəyannamə yayımlayıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu bəyannaməni ingiliscə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordiantoru Federika Mogerini və farsca İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlər qarşısında oxuyublar.Bu bəyanatın tam mətni belədir:
Bu gün tarixi bir gündür. Bizim üçün böyük fəxrdir ki, İranın nüvə proqramı barəsində bir anlaşmanı əldə etdiyimizi elan edək. Şücaət, siyasi iradə, qarşılıqlı hörmət, yüksək idarəçiliklə, dünyanın ümid bəslədiyi məsələni sona çatdıra bildik: Dünyamızı təhlükəsiz etmək üçün müştərək səy, sülh üçün müştərək öhdəlik.
Bu gün tarixi bir gündür. Ona görə ki, biz hazırda etimad və əlaqələrimizdə yeni fəslin yaranması üçün lazımi şəraiti yaratmaqdayıq. Bu nailiyyət kollektiv bir səyin məhsuludur. Heç kim bu işin asan olduğunu təsəvvür etmirdi. Tarixi qərarın verilməsi heç vaxt asan deyildir. Lakin bu müzakirələrin eniş-yoxuşları və dəfələrlə müddətinin uzadılmasına baxmayaraq, ümid və iradə bizə bütün çətin anları arxada qoymaq ruhu bəxş etdi. Biz həmişə bilirdi ki, hazırkı nəsil və gələcək nəsillərin qarşısında məsuliyyətimiz vardır. Bütün tərəflərin konstruktiv funksiyası, heyətlərimizin öhdəlik və bacarığı ilə bu müzakirələri uğurla sona çatdıra bildik və 10 ildən uzun çəkən ixtilafı həll edə bildik. Ötən dekada ərzində bir çox insanların bu ağır müzakirələrin irəliləməsində rolu olmuşdur və biz onların hamısına təşəkkür edirik. Eləcə də maraqlıyıq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əsaslı rolu və yaxın əməkdaşlığı, habelə Avstriya hökumətinə dəstəyi və qonaqpərvərliyinə görə təşəkkürümüzü bildiririk. Biz Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru və İran İslam Respublikasının xarici işlər naziri Çin Xalq Respublikası, Fransa, Almaniya, Rusiya Federasiyası, İngiltərə xarici işlər nazirləri və ABŞ dövlət katibi neçə ay müxtəlif səviyyələr və formalarda sıx müzakirədən sonra burada, Vyanada bir araya gəlmişik ki, 13 fərvərdin (2 aprel) tarixində Lozannada əldə olunan əsaslı parametrlərə əsasən Müştərək Təşəbbüs Proqramı mətni üzərində müzakirə aparaq. Bu gün biz, Yekun Müştərək Təşəbbüs Proqarmının yekun mətni üzərində razılıq əldə etdik. 5+1 Qrupu və İran İslam Respublikası mahiyyəti yalnız İranın sülhməramlı nüvə proqramına zəmanət verəcək və bu məsələ ilə bağlı onların strategiyasında əsaslı dəyişikliyi əks etdirəcək tarixi Müştərək Təşəbbüs Proqramını müsbət qarşılayırıq. Onlar regional və beynəlxalq sülh və təhlükəsizlikdə bu Müştərək Təşəbbüs Proqramının tam icrasının müsbət rolu oynayacağını gözləyirlər. İran yenidən vurğulayır ki, heç bir şəraitdə nüvə silahlarının istehsalı və yaxud onu əldə etmək ardınca olmayacaq. Yekun Müştərək Təşəbbüs Proqramı İranın nüvə proqramı barədə razılıq olunan məhdudiyyətlər, BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğvi, eləcə də İranın nüvə proqramı ilə bağlı birtərəfli və neçətərəfli sanksiyaların ləğvinə şamil olan İranın uzunmüddətli proqramını özündə ehtiva edir.
Yekun Müştərək Təşəbbüs Proqramı nüvə məsələləri, sanksiyalar, sülhməramlı nüvə enerjisi sahəsində əməkdaşlıq, müştərək komissiyanın yaradılması və icraiyyə proqramının həyata keçirilməsinə şamil 1 əsas mətn və 5 texniki əlavədən ibarətdir.
Bu sənəd detalları ilə birlikdə çox dəqiq və mürəkkəbdir. Buna görə, onun tam ixtisarını burada söyləmək mümkün deyildir. Onun tam mətni və əlavələri elə bu gün ictimaiyyətə çatdırılacaq və bir neçə gün ərzində 5+1 qrupu onu təsdiqlənməsi üçün Təhlükəsizlik Şurasına təqdim edəcəkdir. Biz bilirik ki, bu anlaşma dərin düşüncə tələb edir və tam şəkildə araşdırılacaqdır. Lakin bu gün bizim elan etdiyimiz təkcə bir anlaşma deyil, əksinə yaxşı bir anlaşmadır. Bütün tərəflər və bütün beynəlxalq ictimaiyyət üçün yaxşı anlaşma. Bu anlaşma yeni fürsətləri açacaqdır və 10 ildən uzun sürən böhrana son qoymaq üçün irəliyə doğru addımdır.
Biz öhdəliyik ki, bu proqramın tam şəkildə icra olunduğuna arxayın olaq və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yardımını diqqət mərkəzində saxlayırıq.
Bu bizim müzakirələrimizin sonudur. Lakin müştərək işimizin sonu deyildir. Biz hələ də bu təhlükəli vəzifəni müştərək şəkildə izləyəcəyik və beynəlxalq ictimaiyyətdən bu tarixi səyin icrasını dəstəkləməsini istəyirik.