Prezident Ruhani: Bugünkü anlaşmada İranın hər 4 məqsədi əldə olunub
İyul 14, 2015 17:34 Asia/Baku
İran prezidenti İran və 5+1 Qrupu arasında nüvə müzakirələri sona çatdıqdan sonra canlı televiziya müsahibəsində deyib: Əgər hər bir müzakirə qələbə-məğlubiyyət olarsa, davamlı olmayacaq.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xalqının həmişə ədəb, məntiq və isbat əhli olduğunu bildirən Höccətülislam Həsən Ruhani deyib: Mən ilk gündən andiçmə mərasimində dedim ki, qərb bizimlə anlaşa bildiyi halda, təhdid və təhqiri kənara qoyaraq hörmət yolunu başladığı halda, bu gün Yekun Müştərək Təşəbbüs Proqramının əldə olunduğu kimi bütün məsələlər, İran və 5+1 qrupu tərəfindən anlaşmaya səbəb olacaq. Əgər bu ikisi olmasaydı, biz nailiyyət əldə edə bilməzdik.Müzakirələrin 4 məqsədinə münasibət bildirən Ruhani əlavə edib: Onun ilk məqsədi bu idi ki, nüvə potensialı, nüvə texnologiyası, hətta nüvə fəaliyyətini ölkə daxilində davam etdirə bilərik. İkinci məqsədi bu idi ki, yanlış, ədalətsiz və insanlığa qarşı sanksiyaları ləğv edək. 3-cü məqsədi bu idi ki, bizim fikrimizcə BMT Təhlükəsizlik Şurasında olan qeyri-qanuni qətnamələrin hamısı ləğv olunmalı idi. 4-cü məqsəd isə İranın nüvə proqramını BMT əsasnaməsinin 7-ci fəslindən və əsasən Təhlükəsizlik Şurasından çıxarmaq idi.
Prezident deyib: Bugünkü anlaşmada və Müştərək Təşəbbüs Proqramında hər 4 məqsəd əldə olundu.
Ruhaninin sözlərinə görə, bu gün anlaşma elə bir şəraitdə əldə olundu ki, 5 mindən çoxu Nətənz və mindən çoxu Fordoda olan 6 mindən çox sentrifuqa yerində qalacaq və Nətənzin bütün sentrifuqaları zənginləşdirməni davam etdirəcəklər.