İyul 14, 2015 21:13 Asia/Baku
  • İran və Qərbin nüvə proqramı üzərində anlaşması müsbət qarşılanmaqdadır
    İran və Qərbin nüvə proqramı üzərində anlaşması müsbət qarşılanmaqdadır

İran və 5+1 Qrupuna üzv ölkələr 22 ay çətin və mürəkkəb müzakirədən sonra nəhayət 2015-ci il iyul ayının 14-də İran İslam Respublikasının sülhməramlı nüvə proqramı barədə anlaşılmazlıqların aradan qaldırılması və İrana qarşı ədalətsiz sanksiyaların ləğvi üzrə anlaşma əldə ediblər. Bu anlaşma dünya səviyyəsində müsbət qarşılanıb.

Rusiya Federasiyası prezidenti Vladimir Putin çərşənbə axşamı günü xüsusi bir bəyanatda İranla Altılıq qrupu arasında nüvə anlaşması barəsində xatırladıb: Nüvə anlaşması ilə dünya rahat nəfəs aldı və Rusiya yekun anlaşmanın icrası üçün mümkün bütün səyləri həyata keçirəcəkdir.
İranla Rusiyanın əlaqələrinə münasibət bildirən Putin deyib: Yeni şəraitdə İran və Rusiyanın əlaqələrində hərəkətlilik müşahidə olunacaq və xarici amillər ona təsir göstərə bilməzlər.
İspaniya xarici işlər naziri Xose Manuel Qarsia deyib: İranla əldə olunan nüvə anlaşması diplomatiya və müzakirədə bir qələbə idi və son illərin ən önəmli hadisələrindən biri ola bilər.
Livan parlamentinin sədri Nəbih Berri İran İslam Respublikası ilə 5+1 qrupu arasında nüvə nüvə anlaşması ilə əlaqədar ayrı-ayrılıqda müraciətlərdə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei, İran prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani və Məsləhət Şurasının sədri Ayətullah Əkbər Haşimi Rəfsəncanini təbrik edib.
İngiltərə baş naziri David Kameron çərşənbə axşamı günü İran və Altılıq qrupu arasındakı nüvə anlaşmasını müsbət qarşılayaraq və bu anlaşmanın əldə olunması üçün yorulmadan səylər göstərən şəxslərə təşəkkürünü bildirərək onu tarixi bir anlaşma kimi xatırlayıb.
İngiltərə xarici işlər naziri Filip Hamond deyib: İran və qərb arasında nüvə anlaşması tarixidir və ümidvarıq və gözləyirik ki, bu anlaşma İranla qonşuları və beynəlxalq ictimaiyyətin əlaqələrində sensasiyalı dəyişikliyə imza atsın.
Vatikan Vyana müzakirələrində İran və Altılar arasında nüvə anlaşmasını önəmli bir nəticə adlandırıb.
İtaliya xarici işlər naziri Paulo Centlioni Vyanada İran İslam Respublikası və 5+1 Qrupu arasında nüvə müzakirələrinin yekun nəticələri elan olunandan sonra bildirib: Nüvə anlaşması dünya səviyyəsində və müxtəlif böhranlarda öz müsbət təsirlərini göstərəcəkdir.
Suriya prezidenti Bəşşar Əsəd çərşənbə axşamı günü İslam İnqilabının Böyük Rəhbəri və İran prezidentini müraciət ünvanlayaraq İran və Altılıq arasında nüvə anlaşmasının əldə olunması münasibəti ilə təbrik edib.
Bəşşar Əsədin İran rəsmilərinə müraciətində bildirilir: Şübhəsiz gələcəkdə bütün bəşəriyyətin mənafeyi əsasında xalqların hüquqlarına dəstək və dövlətlər arasında dostluq münasibətləri, sülh və sazişin bərqərar olunması üzrə İranın konstruktiv rolu daha geniş formada izləniləcəkdir.

Teqlər