Zərif: Diplomatiya və hörmət problemlərin həllinin iki əsas açarıdır
https://azeri.sahartv.ir/news/İran-i195867-zərif_diplomatiya_və_hörmət_problemlərin_həllinin_iki_əsas_açarıdır
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Dünya dəyişibdir və hazırda artıq diplomatiya və hörmət problemlər və ixtilafların həllinin iki əsas açarıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2015 04:58 Asia/Baku
  • Zərif: Diplomatiya və hörmət problemlərin həllinin iki əsas açarıdır
    Zərif: Diplomatiya və hörmət problemlərin həllinin iki əsas açarıdır

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Dünya dəyişibdir və hazırda artıq diplomatiya və hörmət problemlər və ixtilafların həllinin iki əsas açarıdır.

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə Əlməyadin telekanalı ilə müsahibədə əlavə edib: İki il diplomatiya və hörmət illər boyu düşmənçilik və nifrətdən daha faydalı oldu.
O, əlavə edib: Təhlükəsizlik Şurası hazırda İranda nüvə zənginləşdirilməsini rəsmən tanıyıbdır, halbuki səkkiz il bu işdən çəkinirdi.
Zərif sionist rejimin İran İslam Respublikası ilə altılıq qrupu arasındakı nüvə müzakirələrinin yekunlaşması ilə müxalifət etdiyini bildirərək, deyib: Sülh sionist rejimin mövcudluğunu təhlükəyə salır.
O, əlavə edib: İsrail özünün region xalqları qarşısındakı vəhşicəsinə və qeyri-insani cinayət və siyasətlərini ört-basdır etmək üçün ixtilaf və toqquşmalardan sui-istifadə edir.