İyul 15, 2015 10:08 Asia/Baku
  • Salehi: Nüvə fəaliyyətləri qüdrətlə irəliləyəcək
    Salehi: Nüvə fəaliyyətləri qüdrətlə irəliləyəcək

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri İranın dinc nüvə fəaliyyətlərinin davam etməsini vurğulayıb.

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Əlməyadin telekanalı ilə müsahibədə İran ilə altılıq arasında Vyanda keçirilən nüvə müzakirələrinin uğurlu sonluğuna toxunaraq, vurğulayıb: İran İslam Respublikasının dinc nüvə fəaliyyətləri bəzilərinin təsəvvürlərinin əksinə olaraq, bundan sonra xüsusən atom elektrik stansiyalarının inşası sahəsində daha artıq qüdrətlə irəliləyəcək.
İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Rusiya ilə iki yeni atom elektrik stansiyasının inşası barədə razılaşmalar əldə olunub və ola bilər, gələcəkdə Çinlə də iki kiçik atom elektrik stansiyasının inşası barədə razılaşmalar əldə olunmuş olsun.
Salehi İran ilə altılıq qrupunun dünən nüvə sahəsində ortaq bir yekuna nail olmaları uğuru barədə deyib: Bu nəticə bütün tərəflər üçün razıedicidir.
İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri sonra deyib: Tehran dəfələrlə bildirmişdi ki, qeyri-sülhsevər nüvə fəaliyyətlərinə malik deyil və onlar da əmin olmaq istəyirdilər ki, İranın nüvə müzakirə komandası onlara bu əminliyi verdi.

Teqlər