Ruhani: İranla Altılıq qrupunun nüvə anlaşması uduş-uduş anlaşması idi
İyul 16, 2015 03:51 Asia/Baku
-
İranla Altılıq qrupunun nüvə anlaşması uduş-uduş anlaşması idi
İran prezidenti nüvə müzakirələrinin müraciətini dünyanın mürəkkəb məsələlərinin müzakirə və anlaşma yolu ilə həllediləsi adlandırıb və bildirib: Şübhəsiz İranın 5+1 qrupu ilə nüvə anlaşması bütün müzakirə tərəfləri üçün uduş-udu anlaşması idi.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Höccətülislam vəlmüslimin Həsən Ruhani çərşənbə günü avstriyalı həmkarı ilə telefon söhbətində Tehran-Vyana münasibətlərini müsbət və dostluq münasibətləri adlandırıb və deyib: İranla Altılıq qrupunun nüvə anlaşması Tehran-Vyana arasında münasibətlərin genişlənməsinə zəmin yaradacaq.Avstriya prezidentinin Tehrana baş tutacaq səfərinə diqqət çəkən Ruhani əlavə edib: Bu səfər Tehran-Vyana arasında ikitərəfli əməkdaşlıqların daha da möhkəmlənməsinə şərait yaradacaq və iki ölkə münasibətləri yeni mərhələyə daxil olacaq.
Avstriya prezidenti də bu telefon söhbətində İran və 5+1 qrupunun nüvə müzakirələrinin müsbət sonluğundan razılıq edərək deyib: Şübhəsiz bu müzakirələrin nəticəsi dünya üçün, xüsusilə də iki ölkə münasibətləri üçün çox müsbət nəticələrə malik olacaqdır.
Hans Fişer əlavə edib: Nüvə anlaşması dünyanın önəmli məsələlərinin dinc danışıqlar yolu ilə həll edilməsinin mümkün olduğunu əks etdirdi.
Teqlər