Ruhani: Nüvə müzakirələri uğurunun əsas fəxri İran xalqına aiddir
İyul 16, 2015 09:52 Asia/Baku
İran prezidenti deyib: Nüvə müzakirələri uğurunun əsas fəxri İran xalqına aiddir.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Höccətülislam vəlmüslimin Həsən Ruhani çərşənbə günü idmançılarla iftar ziyafətində siyasət dünyasının idman dünyasına bənzədərək deyib: Siyasət dünyası da idman dünyası kimi rəqabətlidir. Bu sahədə də dünya ilə əməkdaşlıq edib-etməyəcəyinizi müəyyənləşdirməlisiniz və şübhəsiz hazırkı dünyada təcrid olmaq olmaz.İran və 5+1 qrupunun nüvə müzakirələrinə toxunan Ruhani əlavə edib: Müzakirədən qorxmağa səbəb yoxdur. Çünki İran xalqı güclü, qüdrətli, məntiq, fakt, uzun keçmişli və böyük tarix və mədəniyyət sahibidir və bu məsələ İranla müzakirə edən hər 6 qüdrətin bir növ etiraf etdikləri məsələdir.
İranın nüvə müzakirə komandasını alqışlayan Ruhani xatırladıb: Bu komanda texniki, hüquqi, siyasi və iqtisadi sahələrdə tam şəkildə professional idi və İranın tələblərini yaxşı formada izlədilər. Belə ki, qarşı tərəfin təəccüblənməsinə səbəb oldular.
Nüvə müzakirələri uğurunun əsas fəxrinin İran xalqına aid olduğunu bəyan edən Ruhani bildirib: İran xalqı müqaviməti və səhnədə iştirakı, digər qüvvələrin kənarında İslam İnqilabının Böyük Rəhbərinin dəstəyi və bələdçiliyi ilə hamı əl-ələ verdilər ki, bu böyük fəxr əldə olunsun.
İran prezidenti həmçinin son müzakirələrin bəzi nailiyyətlərinə toxunaraq deyib: Bu müzakirələr nüvə sanksiyalarından da çox nailiyyətlər əldə etdi. Yalnız nüvə sanksiyalarının ləğv olunması qərara alınmışdı. Lakin İranın müzakirə komandası nüvə sanksiyalarından olmayan təyyarə sektorunun sanksiyasını da aradan qaldıra bildi.
Ruhani bildirib: Nüvə sanksiyalarından olmayan püstə kimi ərzaq maddələri və xalçanın ABŞ və ABŞ şirkətləri ilə əlaqədə olan şirkətlərə satış üzrə sanksiyalar da ləğv edildi.