İyul 17, 2015 08:44 Asia/Baku
  • İran və Türkiyə prezidentlərinin telefon söhbəti
    İran və Türkiyə prezidentlərinin telefon söhbəti

İran prezidenti nüvə müzakirələrinin uğurunu İranın qonşular, xüsusilə Türkiyə ilə əlaqələrində təsirli adlandırıb.

Səhər telekanalının məlumatına görə, İran prezidenti Həsən Ruhani dünən gecə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə telefon söhbətində səadətli Fitir bayramını təbrik və İran ilə Altılıq arasındakı müzakirələrin nəticəyə çatmasına işarə edərək, bildirib: İran zalımcasına sanksiyaları arxada qoydu və qəbulediləsi həll yollarına çata bildi.
Ruhani regionun stabilliyinə kömək üçün Tehran-Ankara əməkdaşlığı haqda da deyib: Regional məsələlərdə region xalqlarının ümidi İran-Türkiyə həmkarlıqlarına dikilib və iki ölkə həmkarlıq yolu ilə regionda uduş-uduş həll yoluna çata bilər.
İran prezidenti əlavə edib: Bununla bağlı, İran ilə Türkiyənin terrorçuluğun kökünün kəsilməsi üzrə anlaşmalarının artırılması zərurət daşıyır və regionda ölkələrin sabitliyini poza biləcək terrorizm məsələsi ilə mübarizə aparılmalıdır.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da bu telefon söhbətində səadətli Fitir bayramını və müzakirələrdə əldə olunmuş uğurları təbrik edərək, söyləyib: Türkiyə regional məsələlərdə əməkdaşlığa hazırdır və iki ölkənin müxtəlif orqanlarının anlaşması yolu ilə bu məsələ reallaşacaqdır.
Türkiyə prezidenti Tehran-Ankara əlaqələrinin genişlənməsinə də diqqəti çəkib və deyib ki, İran və Türkiyə əlaqələrin genişləndirilməsini izləməli və həmkarlıq yolu ilə onun dərinləşməsinə kömək etməlidirlər.

Teqlər