İyul 17, 2015 16:14 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

Fitir bayramı namazı sabah səhər saat səkkizdə İslam İnqilabının Böyük Rəhbərinin imaməti ilə Tehranda İmam Xomeyni(r.ə.) Müsəllasında qılınacaq.

Fitir bayramı proqramı səhər saat yeddidə Quran qiraəti və mədhiyyəçiliklə başlanacaq.
Nəqliyyat və Hərəkət Komitəsinin təşkilinə görə, Tehran metrosu səhər saat dörddən işləyəcək və 2500 avtobus və 550 mikroavtobus, eləcə də minlərlə yol polisi bu sahədə fəaliyyət göstərəcək.
Müsəllanın bütün qapıları sübh azanından xalqın üzünə açıqdır. Salavat dayanacaqları, eləcə də namazqılanları pusluz formada sığorta edən Müalicə, Sanitariya, Yardım və Nicat Komitəsi, həmçinin üç min nəfərin əhalinin istiqamətləndirilməsi işini həyata keçirdiyi Hüquq-Mühafizə Komitəsi bayram günü üçün fəal olacaqlar.

Teqlər