İran sanksiyalarının aradan götürülməsi qətnaməsi bazar ertəsi günü səsə qoyulacaq
İyul 17, 2015 17:37 Asia/Baku
İran sanksiyalarını aradan götürmək məqsədi güdən İran ilə Altılıq nümayəndələrinin son müzakirələrindən əldə olunmuş qətnamənin ilkin mətni bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasında səsə qoyulacaq.
Bu xəbəri bir amerikalı diplomat Kristian Sayns Monitor-un müxbirinə deyib və qeyd edib ki, bugünkü iclas Nyu-York vaxtı ilə səhər saat 9-da keçiriləcək.Çərşənbə günü ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Paver tərəfindən Təhlükəsizlik Şurasının katibliyinə təqdim olunmuş ilkin mətnə əsasən, Təhlükəsizlik Şurasına aid olan yeddi sanksiya MAQATE-nin hesabatından və İranın müştərək addım üzrə əhatəli proqramla bağlı götürdüyü öhdəliklərin icrasının təsdiqindən sonra ləğv olunacaq.