İran prezidentinin Fitr bayramı ilə bağlı müraciəti
İyul 18, 2015 08:30 Asia/Baku
İran İslam Respublikası prezidenti Fitr bayramının gəlib çatması münasibətilə İran xalqını təbrik edib.
İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidməti bildirib ki, prezident Həsən Ruhani Fitr bayramı münasibətilə İran xalqına etdiyi təbrik müraciətində deyib: İran xalqı bu il iki bayramı birdən qeyd edir. Bunlardan biri İranın nüvə işində tarixi bir uğura imzanın atılması və böyük qüdrətlərin İranın dinc məqsədlər üçün olan nüvə haqqını qəbul etməsindən doğan milli iradə bayramı, digəri isə dini pərhizkarlıq bayramı olan Fitr bayramıdır.İran prezidentinin təbrik müraciətində daha sonra deyilir: İran xalqı yeməmək və içməmək, günahlardan çəkinmək təzyiqi qarşısında səbr etdiyi və Fitr bayramına nail olduğu kimi, iqtisadi və siyasi təzyiqlər qarşısında da müqavimət göstərdi, siyasi təqva nümayiş etdirdi və sübut etdi ki, nüvə elminə yiyələnməkdə dinc məqsədlərdən başqa heç bir iradəyə malik deyil və heç bir şəxs və ya dövlət İran xalqını ondan məhrum edə bilməz.
İran prezidenti daha sonra deyib: Bu gün elə bir gündür ki, həm sentrifuqalarımız öz fəaliyyətlərini davam etdirir, həm də ölkə iqtisadiyyatı böyük bir dəyişiklik astanasındadır. Bu gün, şənbə İranda Fitr bayramıdır.