Fitr bayramı namazı dünya müsəlmanlarının Vəli-Əmrinin imamlığı ilə Tehranda qılındı
https://azeri.sahartv.ir/news/İran-i195995-fitr_bayramı_namazı_dünya_müsəlmanlarının_vəli_Əmrinin_imamlığı_ilə_tehranda_qılındı
Fitr bayramı namazı dünya müsəlmanlarının Vəli-Əmrinin imamlığı ilə Tehranda qılındı
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2015 06:00 Asia/Baku
  • Ayətullahülüzma Xamenei
    Ayətullahülüzma Xamenei

Fitr bayramı namazı dünya müsəlmanlarının Vəli-Əmrinin imamlığı ilə Tehranda qılındı

Fitr bayramı namazı bu gün səhər İran İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xameneinin imamlığı və müxtəlif təbəqədən olan milyonlarla insanın iştirakı ilə Tehranda, İmam Xomeyni(r.ə) adına böyük müsəllada qılındı.
İslam İnqilabının Böyük Rəhbəri Fitr bayramı namazının ardınca, namazın xütbələrində bir sıra mühüm məsələlərə işarə etdilər.
Səadətli Fitr bayramı, bayramların ən pakı sayılır. Çünki, Fitr bayramı Ramazan ayı boyunca cismin və ruhun ilahi rəhmət çeşməsində təmizlənərək, pak olması bayramıdır.
Fitr bayramı Ramazanın başa çatması yox, öz külündən yeni, pak bir insanın doğulması bayramıdır.