İslam İnqilabının Böyük Rəhbəri: Vəhdət və birlik İslam Dünyasının şəfaverici resepti
İyul 18, 2015 15:20 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xamenei İslam ölkələrinin Tehrandakı səfirləri ilə görüşdə vəhdət və birliyi İslam Dünyası üçün şəfaverici resept adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin mətbuat xidmətindən verilən məlumata görə, həzrət Ayətullahülüzma Xamenei bu gün səhər ölkə rəsmiləri, İslam ölkələrinin Tehrandakı səfirləri və müxtəlif təbəqədən olan insanlar ilə görüşdə birlik və vəhdəti İslam Dünyası üçün şəfaverici resept adlandırıb və hazırda regionda cərəyan edən məzhəblər və tayfalararası toqquşmaların, müsəlman xalqların diqqətini sionist rejimdən yayındırmaq məqsədilə planlaşdırıldığı və icraya qoyulduğunu bildirib və deyiblər: İran İslam Respublikasının regionla bağlı siyasətləri ABŞ başda olmaqla hegemonçuluq quruluşunun regionla bağlı siyasətlərinin tam qarşı və müqabil tərəfində dayanır və İran heç bir vəchlə Amerikaya etimad etmir. Çünki, amerikalı siyasətçilər tam sədaqətsiz və insafsızdırlar.O həzrət səadətli Fitr bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edərək, İslam Dünyasının üzləşdiyi təəssüf doğuran vəziyyətə, birlik və vəhdətin olmamasına toxunublar: Hazırda regionda mövcud olan təfriqə və ixtilaflar qeyri-təbii və zorla qəbul etdirilmişdir. Buna görə də, İslam Dünyası alimləri, ziyalıları, dövlət rəsmiləri, siyasətçiləri və istedadlı şəxsləri bu ixtilafların və təfriqələrin arxasında duran İslam Ümməti düşmənlərinin varlığından agah olmalıdırlar.
İslam İnqilabının Böyük Rəhbəri baş verən hadisələrin qeyri-təbii olmasının səbəblərinə gəlincə region ölkələrində şiələr və sünnilərin uzun illər bir-birinin kənarında dinc yaşama malik olmasına işarə edib və deyiblər: Əgər İslam Ümməti birliyə malik olsaydı və ortaqlıqlara təkid etsəydi, şübhəsiz dünya siyasətində özünəməxsus bir qüdrətə çevrilərdi. Amma, böyük qüdrətlər öz maraqlarını və sionist rejimi qorumaq üçün bu ixtilafları İslam Ümmətinə qəbul etdiriblər.
Həzrət Ayətullahülüzma Xamenei bəzi islam dövlətlərinin sionist rejimə qarşı simpatiya bəsləməsinə rəğmən, müsəlmanlar arasında bu rejimə qarşı olan nifrətə işarə edib və deyiblər: Hegemonçu qüdrətlər bəzi islam dövlətlərinin daxilində mövcud olan ləyaqətsiz insanlar ilə əlaqələr yaradaraq, müsəlman xalqların diqqətini sionist rejimdən yayındırmaq məqsədi ilə məzhəblərarası müharibələri planlaşdırdılar, əl-Qaidə və İŞİD kimi cinayətkar dəstələr vasitəsilə icraya qoydular.
İslam İnqilabının Böyük Rəhbərinin çıxışından öncə İran prezidenti Həsən Ruhani də Fitr bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib və mübarək Ramazan ayını iman üçün sınaq və müqavimət ayı adlandırıb və deyib: Bu il Ramazan ayı həmrəylik və pak insani fitrətə qayıdış ayı idi.
Cənab Ruhani İran İslam Respublikasının diplomatiya və müzakirə qüdrəti kimi yeni bir qüdrəti dünyaya sərgiləməsinə işarə edərək, regionda cərəyan edən hadisələrə toxunub və bu ilki Ramazan ayının qonşu ölkələr o cümlədən İraq, Suriya, Yəmən, Fələstin, Əfqanıstan və Pakistan xalqları üçün çətin keçdiyinə işarə edib və deyib: İran İslam Respublikasının iradəsi bütün məzlumları himayə etmək və hegemonçular və zalımlar qarşısında müqavimətdir.