Qaz ixracatı; sanksiyaların ləğv edilməsindən sonra İranın Neft Nazirliyinin başlıca prioriteti
İyul 19, 2015 20:00 Asia/Baku
-
Qaz ixracatı
İran İslam Şurası Məclisinin enerji komissiyasının üzvü qaz ixracatına diqqətin ayrılmasını İranın Neft Nazirliyinin sanksiyaların ləğvindən sonrakı dövr üçün başlıca prioritet adlandırıb.
Cəlil Cəfəri ŞANA informasiya agentliyi ilə müsahibədə deyib: Qaz ixracatı diplomatik baxımdan İran ilə idxalçı ölkə arasında əlaqələrin inkişafına səbəb olacaq.Cəfəri qaz ixracatını İranın inkişafı və milli təhlükəsizliyi strategiyasının bir hissəsi adlandırıb və əlavə edib: İran və 5+1 qrupu arasında nüvə anlaşmasının icraya qoyulması ilə sanksiyalar ləğv ediləcək. Buna görə də, enerji sahəsinə diqqətin göstərilməsi və sərmayə qoyuluşunun artırılması diqqət mərkəzində saxlanılmalıdır.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İranın Qaz İxrac Edən Ölkələr Təşkilatına(GECF) dövrü sədrliyinə işarə edərək, əlavə edib: İranın bu təşkilatdakı rolu İran İslam Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun möhkəmləndirilməsi və qaz ixracatının inkişafında təsirli ola bilər.