Şəfiyi: İran, Konqres yox, ABŞ hökuməti ilə tərəfdir
İyul 20, 2015 15:20 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü deyib: ABŞ Konqresi İran İslam Şurası Məclisinin müxatibi deyil, müzakirələrdə müqabil tərəf yalnız dövlətdir.
Nozər Şəfiyi İslam Şurası Məclisinin informasiya agentliyi ilə müsahibədə İran İslam Şurası Məclisinin nüvə anlaşması mətnini milli maraqlar çərçivəsində araşdırdığını deyərək, əlavə edib: İran İslam Şurası Məclisi nüvə anlaşması ilə bağlı öz hərəkətlərini ABŞ Konqresi ilə uyğunlaşdırmır.Şəfiyi əlvə edib: İranın qırmızı xətləri və İslam İnqilabının Böyük Rəhbərinin baxışları habelə, ölkə konstitusiyası İran ilə altılıq arasındakı nüvə anlaşmasının araşdırılması üçün əsas baza olacaq.
İran İslam Şurası Məclisinin üzvü daha sonra deyib: Şübhəsiz ABŞ Konqresində respublikaçılar nüvə anlaşmasının araşdırılması prosesində pozuculuq törətməyə çalışacaqlar. Bu, təbiidir. Amma, İran İslam Respublikasının müxatibi Konqres yox, ABŞ hökumətidir.