İyul 21, 2015 21:59 Asia/Baku
  • Cahangiri: İqtisadi şəriklərimizi özümüz seçirik
    Cahangiri: İqtisadi şəriklərimizi özümüz seçirik

İranın vitse-prezidenti bu gün Ərdəbildə olaraq, Mayvan və Artapan zavodlarının istifadəyə verilməsi mərasimində iştirak edib. Cənab Cahangiri bu mərasimdə deyib: Ölkəmizdəki iqtisadi şəriklərimizi onların əməkdaşlıq səviyyələri və qoyduqları sərmayənin miqdarına əsasən seçirik.

İRİB-nin məlumatına görə, İshaq Cahangiri bu gün Ərdəbildə avtobus və mikroavtobus istehsal edən zavodun istifadəyə verilməsi mərasimində, sanksiyaların ləğv edilməsi məsələsinə işarə edib və deyib: İran və iranlılarla bağlı yanlış düşüncəyə malik olmayan və dar düşüncəli olmayan ölkələrlə əməkdaşlıq edəcəyik. Buna görə də iqtisadi şəriklərimizi ölkəmizə sərmayə qoyan və ya İran şirkətləri ilə müştərək fəaliyyət göstərən şirkətlər arasından seçirik.
İranın vitse-prezidenti İshaq Cahangiri və sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətinin iştirakı ilə bu gün Ərdəbildə bir avtobusqayırma və bir MDF qayırma zavodu istifadəyə verilib.

Teqlər