İyul 23, 2015 11:17 Asia/Baku
  • İran nümayəndələri Robocup-2015-də uğura imza atıblar
    İran nümayəndələri Robocup-2015-də uğura imza atıblar

İranın Robocup Milli Komitəsinin rəhbəri Çində keçirilən XIX Robocup-2015 yarışlarında İran nümayəndələrinin 6 çempionluq, 4 ikinci və 2 üçüncü yeri əldə etdiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Murtaza Musaxani çərşənbə gecə bu yarışların sonunda deyib: Xilasedici robotlar, yeniyetmə ölçüsündə insan robotlar, xilas və yardım simulyator robotları, xilas və yardım robotlar, orta ölçülü futbol robotları və insanabənzər texniki robotlar sahəsində beynəlxalq yarışlarda 6 çempionluq əldə olunub.
İranın Robocup Milli Komitəsinin rəhbərinin dediyinə görə, xilas və yardım simulyator robotları, ortayaşlı insanabənzər robotlar və yeniyetmə ölçülü yeniyetmə insanabənzər texniki robotlar sahələrində də 2 ikinci yer əldə olunub.
Musaxani xatırladıb: İran komandası xilasedici robotlar və yeniyetmə insanabənzər robotlar sahəsində də yarışların üçüncülüyünü qazanıb.
Yarışlarda bu nəticələrin İran komandası üçün uğurlu olduğunu bildirən Musxani əldə olunan uğurun iranlı tədqiqatçıların zəhmət və səylərinin nəticəsi adlandırıb: Onlar öz uğurları ilə İran İslam Respublikasının bayrağını yarışlar zalında dəfələrlə dalğalandırdılar.
XIX Robocup-2015 beynəlxalq yarışları 19-22 iyulda dünyanın 48 ölkəsindən 200-dən çox müxtəlif universitet, məktəb və təhsil müəssisəsinin iştirakı ilə Çinin Hefey şəhərində keçirilib.

Teqlər