ABŞ xəzinədarlıq naziri: İran əleyhinə istənilən təzyiq və sanksiya yanlışdır
İyul 24, 2015 08:30 Asia/Baku
ABŞ-ın xəzinədarlıq naziri Cek Lou deyib: İran əleyhinə əlavə təzyiq üçün sanksiyaların yenidən tətbiq olunması yanlışdır və bizim şəriklərlə koalisiyamızın itirilməsi bahasına başa gələr.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, ABŞ-ın xəzinədarlıq naziri cümə axşamı günü Senatın Xarici Əlaqələr Komitəsinin əsaslandırma iclasında etdiyi çıxışında deyib: Əgər nüvə anlaşmasından uzaqlaşaraq İrana təzyiq göstərmək istəsək, yanlışdır. Sanksiyaların gücləndirilməsi seçimi artıq etibarlı deyil.ABŞ dövlət katibi Con Kerri və energetika naziri Ernest Muniz də Senatın Xarici Əlaqələr Komitəsinin iclasında iştirak və komitə üzvlərini nüvə müzakirələrinin gedişatı və detalları ilə tanış ediblər.