Əfxəm: Bəhreyn rəsmiləri öz problemlərinin kökünə diqqət yetirsinlər
İyul 24, 2015 14:50 Asia/Baku
-
Bəhreyn rəsmiləri öz problemlərinin kökünə diqqət yetirsinlər
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Təkfirçi terrorizm, təhlükəsizlik və etnik strategiyalar regionun stabilliyini hədələyir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mərziyyə Əfxəm Bəhreyn daxili işlər nazirinin əsassız açıqlamasını rədd edərək deyib: İran həmişə məsuliyyətli davranışı ilə regionun stabilliyi və təhlükəsizliyi istiqamətində addım atıb və bu önəmli işi gücləndirmək üçün çalışır.İran XİN sözçüsü Bəhreyn rəsmilərinə tövsiyə edib ki, təxribatçılıq və mənfi atmosfer yaratmaq yerinə öz problemlərinin kökünə diqqət yetirsinlər və etimad yaradıcı addımlar atmaqla Bəhreynin siyasi probleminin həlli məqsədilə ciddi danışıqlar üçün lazımi və münasib şərait yaratsınlar.