İyul 24, 2015 16:20 Asia/Baku
  • Tehranın cümə namazı xətibi Amerikanı region ölkələrini parçalamağa çalışmaqda suçlayıb
    Tehranın cümə namazı xətibi Amerikanı region ölkələrini parçalamağa çalışmaqda suçlayıb

Tehranın cümə namazı xətibi regiondakı təhlükəsizlik proseslərindən nigaranlıq edərək Amerikanı region ölkələrini parçalamağa çalşmaqda suçlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının xətibi Höccətülislam vəlmüslimin Kazım Siddiqi Amerikanın Suriya, Yəmən və İraqda bu ölkələri parçalamaq ardınca olduğunu bildirərək deyib: Amerika bütün bu zülmləri və saxtakarlıqlarını İsrail rejimini dəstəkləmək üçün edir.
İran İslam Respublikasının həmişə xalqın seçimi ilə iqtidara gələn hökumətlərin dəstəklədiyini bildirən Höccətülislam vəlmüslimin Siddiqi deyib: Amerika məkrli planla regionun müsəlman ölkələrini böhranla üzləşdirib və öz silahlarını regionu de-stabil etmək üçün xalqına arxalanmayan hökumətlərin ixtilarına verib.
Terhanın müvəqqəti imam cüməsi əlavə edib: Müsəlman xalqlar Amerika və sionist rejimin regionda məkrli planları ilə mübarizə üçün öz vəhdətini qorumalı və gücləndirməlidirlər.
Höccətülislam vəlmüslimin Siddiqi həmçinin İranın Vyana müzakirələrindəki nüvə nailiyyəti barədə deyib: İranın nüvə müzakirəçiləri nüvə yekununun tam cəhətləri və onun ehtimal olunan zərərlərini xalqa çatdırmalıdırlar və İranın Ali Milli Təhlükəsizlik Şurası əldə olunacaq anlaşma mətnini araşdırmaq üzrə əmanəti üzərinə götürmüşdür.
Tehranın cümə namazı xətibi nüvə anlaşmasının icrasından sonra İran və ABŞ arasında əlaqələrin bərqərar olunması barədə bəzi açıqlamaları rədd edərək əlavə edib: İran İslam Respublikası beynəlxalq imperializmin qarşısındadır və ədalətin zülmlə sazişi mümkün deyildir.
Höccətülislam vəlmüslimin Siddiqi Vyana nüvə nailiyyətindən sonra bəzi Amerika rəsmilərinin açıqlamaları barədə deyib: Onlar anlaşmadan sonra iddia etdilər ki, İran xalqını təslim ediblər. Lakin dünya bilir ki, 36 il ərzində İran xalqı Amerika qarşısında qüdrətlə dayanmışdır və heç vaxt onların tamahkarlıqlarına təslim olmamışdır.
Tehranın müvəqqəti cümə namazı xətibi İranın nüvə komandasından nüvə müzakirələrinin yekununda mövcud ola biləcək nöqsanların aradan qaldırılması və bu yolda düşmənin öhdəsini yerinə yetirməməsini ehtiyatla araşdırmasını istəyib.

Teqlər