İyul 24, 2015 16:42 Asia/Baku
  • Parçinə baxış keçirmək üçün ayrı anlaşma yoxdur
    Parçinə baxış keçirmək üçün ayrı anlaşma yoxdur

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Parçin hərbi obyektinə baxış keçirmək üçün ayrı bir proqram yoxdur.

Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Əli Əkbər Salehi Parçin barədə ayrı bir proqramın olmasına dair suala cavabda deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə anlaşma əldə olunub. İranın Ali Milli Təhlükəsizlik Şurasında araşdırılmaqda olan bu anlaşma çərçivəsində addım atılacaq.
İranın Atom Enerjisi Təşkilatının sədri bildirib: Parçinə baxış keçirmək üçün ayrı bir anlaşma yoxdur və baxışlar yanlız bir anlaşma çərçivəsində həyata keçiriləcək.
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2015-ci il 14 iyulda anlaşma əldə ediblər ki, qalan keçmiş məsələlərin hamısının həlli məqsədilə əməkdaşlıq və danışıqlar aparsınlar və İran və agentlik arasında indiyə qədər həll olunmayan məsələlərin həlli prosesini sürətləndirsinlər.
Buna əsasən İran 2015-ci il 15 avqusta qədər və qalan bütün məsələlər barəsində öz açıqlamasını yazılı şəkildə və əlaqədar sənədlərlə agentliyə təqdim edəcək və agentlik bu məlumatları 2015-ci il 15 sentyabra qədər araşdıraraq ehtimal olunan naməlum məsələlər barəsində sualları İrana bildirəcəkdir.

Teqlər