Zərif Kerrinin sözlərinə reaksiya verib
İyul 25, 2015 08:42 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri amerikalı həmkarının cümə günündəki sözlərinə reaksiya verib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Məhəmməd Cavad Zərif ABŞ dövlət katibinin cümə günü Senatın Xarici Əlaqələr Komitəsinin dinləmə iclasındakı sözlərinə cavabda deyib: Dəfələrlə bildirdiyimiz kimi, İran xalqının öz sülhməramlı nüvə proqramı və Nüvə Silahlarının Yayılmamasına dair Sazişə əsaslanan öz hüququnu izləməsini kənara qoyması üçün müxtəlif təzyiqlər qarşısındakı müqaviməti, sonda Amerikanı qarşılaşma yolunu kənara qoymağa və diqqətini məsələni danışıqlar yolu ilə həll etməyə yönəltməyə məcbur etdi. Lakin təəssüflər olsun ki, ABŞ dövlət katibi bu gün bir daha hərbi qüvvədən istifadə etmək üzrə Amerikanın potensialı ilə bağlı çürümüş ipdən söz açıb.Zərif əlavə edib: Kerri yaxşı bilir ki, müzakirələr ərzində İran xalqına qarşı bu əsassız təhdidlərın faydasız olduğunu və İran xalqının belə hərəkətlər qarşısında müqavimət göstərdiyini dəfələrlə eşitmişdir. Bundan əlavə bu sözlər keçən əsrə aiddir və hazırkı beynəlxalq hüquq qaydalarına ziddir. Bəlkə hətta onun özü və digər Amerika rəsmiləri də dəfələrlə etiraf ediblər ki, təhdidlərin İran xalqının iradəsinə heç bir təsiri olmayıb və vəziyyəti onların zərərinə dəyişəcək.
İran xarici işlər naziri deyib: Yaxşı olar ki, amerikalılar keçmiş adətlərini unutsunlar, bu böyük xalq qarşı təhdid və sanksiya dilini bir dəfəlik və həmişəlik kənara qoysunlar və cəhətsiz Hafizin "boşboğazlıqla bizi zəhmətə salma" bu məşhur misrasının meyarına çevrilməsinlər.