Əxgəri: Qərbin yumşaq müharibədəki məqsədi müqavimət səsini susdurmaqdır
İyul 25, 2015 08:59 Asia/Baku
İran İslam Respublikası Televiziya və Radio Təşkilatının Sərhədaşırı yayım bölməsi üzrə müavini müqavimətin səsini kəsməyi Qərbin yumşaq müharibədə son məqsədi adlandırıb.
Səhər Beynəlxalq Teelviziyasının məlumatına görə, Məhəmməd Əxgəri Dəməşqdə keçirilən Təkfirçi Terrorizmlə Mübarizə Beynəlxalq konfransında deyib: Qərb və mürtəce ərəb ölkəlkəri müxtəlif üsullarla müqavimətin səsini kəsməyə əl atırlar. Onlardan müqavimət medialarının boykot edilməsini misal göstərmək olar.Qərbin islama qarşı qara piar kampaniyası ilə bağlı fəaliyyət keçmişinə toxunan Əxgərinin sözlərinə görə, bu ölkələr müqavimət medialarının informasiya yayımı və təbliğatından vahiməyə düşüblər. Çünki bu medialar həqiqətləri şəffaf şəkildə əks etdirir və qərb imperializmini ifşa edirlər.