İran gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etməyə hazırdır
İyul 26, 2015 09:23 Asia/Baku
-
İran gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etməyə hazırdır
İranın Qaz Mühəndislik və İnkişafı Şirkətinin icraçı direktoru İran İslam Respublikasının gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etmək üçün hazır olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əlirza Qəribi ŞANA-ya verdiyi müsahibədə bildirib: İraqa qaz ixracı üçün nəzərdə tutulan 100 km boru kəmərinin sınaqları son mərhələlərindədir və bu əməliyyatın sona çatması ilə gündəlik 5 milyon kubmetr İran qazı İraqa ixrac olunacaq.İraq tərəfinin bu ölkə ərazisində boru kəmərinin hazır olması barəsində məlumatlar verdiyini bildirən Qəribi əlavə edib: İraq ərazisində bu boru kəmərindən əlavə qazın Bağdad stansiyalarına çatdırılması üçün kəmərlər də çəkilmişdir.