İran tələbələri Çində Robocup yarışlarında 19 yer tutub
İyul 26, 2015 14:55 Asia/Baku
İran İslam Respublikasının Çində keçirilən Robocup-2015 yarışlarında iştirak edən nümayəndələri 19 uğura imza ataraq ölkəyə qayıdıblar.
Səhər Beynəlxalq televiziyasının məlumatına görə, 19-cu tur yarışlarda iştirak edən iranlı tələbələr 6 çempion, 4 ikinci yer və 2 üçüncü yeri tutublar.Çində keçirilən Robocup yarışlarında iştirak edən məktəblilər də 7 əhəmiyyətli yeri əldə ediblər.
Bu yarışlar dünyanın 47 ölkəsininuniversitet, məktəb və təhsil mərkəzindən 200 komandanın iştirakı ilə Hefey şəhərində keçirilib.
İran İslam Respublikası Milli Robocup Komitəsinin rəhbəri İsa Musaxaninin sözlərinə görə, İran Çin və Almaniya ilə birlikdə keçirilən bu yarışlarda qaliblərin sayı və keyfiyyəti baxımından dünyanın 3 əsas ölkəsi seçilib.