Ruhani: İran xalqı qardaşlıq, stabillik, təhlükəsizlik və sülh ardıncadır
https://azeri.sahartv.ir/news/İran-i196224-ruhani_İran_xalqı_qardaşlıq_stabillik_təhlükəsizlik_və_sülh_ardıncadır
"İran xalqı mötədillik, qardaşlıq, stabillik, təhlükəsizlik və sülh ardıncadır. İslami İranın masa üzərində təcavüz, ərazi işğal etmək və digərlərinin daxili məsələlərinə müdaxilə etmək yoxdur. İranın masa üzərində məntiq, əxlaq, təcavüzkarların qarşısında tam müdafiə vardır".
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2015 04:06 Asia/Baku
  • İran xalqı qardaşlıq, stabillik, təhlükəsizlik və sülh ardıncadır
    İran xalqı qardaşlıq, stabillik, təhlükəsizlik və sülh ardıncadır

"İran xalqı mötədillik, qardaşlıq, stabillik, təhlükəsizlik və sülh ardıncadır. İslami İranın masa üzərində təcavüz, ərazi işğal etmək və digərlərinin daxili məsələlərinə müdaxilə etmək yoxdur. İranın masa üzərində məntiq, əxlaq, təcavüzkarların qarşısında tam müdafiə vardır".

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu sözləri İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü gecə İranın qərbində yerləşən Kürdüstan vilayəti İdarə Şurasının iclasında deyib.
Nüvə müzakirələri və onun nəticəsinin beynəlxalq örnəyə çevrilə biləcəyini deyən Ruhaninin sözlərinə görə, hazırda region ölkələri İranı regiona ürək yandıran tərəf kimi tanıyırlar.
İran prezidenti məkrli planlar qarşısında əsas silahı vəhdət və dostluğun gücləndirilməsi adlandırıb və deyib: İctimaiyyətdə birliyin maksimum şəkildə gücləndirilməsi üçün çeşidliliyi və fikir ayrılıqlarını rəsmən tanımalıyıq və bir-birimizi qəbul etmək üçün dözümlülüyü yüksəltməliyik.
Ruhani əlavə edib: Ölkənin inkişafı, mənəviyyatı, abadlığı, xalqın rifahı, islam və Məhəmməd (s.ə.s) əxlaqının yaradılması olan əsas məqsədləri qorumalıyıq.
İran prezidenti bazar günü yüksək səviyyəli heyətin müşayiəti ilə Kürdüstan əhalisinin qonağı olub.