Fabius İranın regional stabillikdəki rolunu alqışlayıb
İyul 29, 2015 08:43 Asia/Baku
-
Loran Fabius
Fransa xarici işlər naziri regional stabillik və sülhün bərqərar olunmasına köməkdə İran İslam Respublikasının rolu və yerini müsbət qiymətləndirib və terrorizmlə mübarizə üçün hərtərəfli əməkdaşlığı istəyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Loran Fabius Tehrana səfəri ərəfəsində deyib: Hamı bilir ki, regionda olan terrorçular, həm iranlıları, həm də fransızları hədəfə alıblar. Deməli mövcud vəziyyətdə terrorizmlə mübarizə üçün müttəfiq və birlikdə olmalıyıq.Loran Fabius səfərinin məqsədləri barədə bu səfərin yeni başlanğıc olduğunu bildirərək deyib: Bizim hər birimiz, yəni İran və Fransa böyük qüdrət olaraq regionda sülh və stabilliyin bərqərar olunması üçün məsuliyyətlərimiz vardır.
"Biz bu səfərin siyasət meydanı olmasını istəyirik" deyən Fabiusun sözlərinə görə, digər məsələlər barəsində də müzakirələr olacaq. Misal üçün gələcək iqtisadi əməkdaşlıqlar barəsində. Lakin ilk öncə siyasi məsələlər barəsində fikir mübadiləsi aparılacaq.
Fransa xarici işlər naziri əlavə edib: Sentyabr ayında müxtəlif şirkətlərdən önəmli iqtisadi heyət İrana səfər edəcək. Mən və prezident də bütün məsələlərin siyasi danışıqlarla başlanmasını istəyirik.