Fransa xarici işlər naziri İran prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i196299-fransa_xarici_işlər_naziri_İran_prezidenti_ilə_görüşüb
İran İslam Respublikası prezidenti deyib: Nüvə yekunu Avropa ilə yaxşı əməkdaşlığa zəmin yarada bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2015 10:35 Asia/Baku
  • Fabius-Prezident Ruhani
    Fabius-Prezident Ruhani

İran İslam Respublikası prezidenti deyib: Nüvə yekunu Avropa ilə yaxşı əməkdaşlığa zəmin yarada bilər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Həsən Ruhani çərşənbə günü Tehranda səfərdə olan Fransa xarici işlər naziri Loran Fabiusla görüşdə əlavə edib: İran və Fransa dəyərli əməkdaşlıqlar keçmişinə malikdirlər.
Fransa xarici işlər naziri də bu görüşdə deyib: Fransa prezidentinin İranla bağlı çox yüksək səviyyədə dostluq hissi vardır. Buna görə, sizi Parisə rəsmi dəvət edib.
Fransa xarici işlər naziri Loran Fabius bu gün səhər bir heyətin müşayiəti ilə Tehrana daxil olub və İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar apardıqdan sonra İran prezidenti ilə görüşüb.