İyul 29, 2015 19:44 Asia/Baku
  • Fabius-Prezident Ruhani
    Fabius-Prezident Ruhani

İran İslam Respublikası prezidenti Fransa xarici işlər naziri ilə Tehranda görüşdə deyib: İran və 5+1 qrupu arasındakı nüvə anlaşması iki tərəf və bütün regional oyunçuların xeyrinədir.

Səhər Beynəlxalq Televiziyasının Prezident Aparatının informasiya portalına istinadlı məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Fransa xarici işlər naziri Loran Fabiusu Tehranda qəbulu zamanı Vyana nüvə anlaşması barəsindəki əməkdaşlıqların etimadla yanaşı olmalı olduğunu bildirərək əlavə edib: Tərəflər anlaşmanı qoruyaraq bütün səylərini göstərməlidirlər. Çünki bu nailiyyət təhdidlərin fürsətə çevrilməsi üçün önəmli addımdır.
İran prezidenti Vyana anlaşmasının icrasında ilk addımı təsdiqlənmə prosesi üçün tərəflərin qətiyyətli şəkildə səy göstərməsi adlandırıb və deyib: İran hökuməti anlaşma istiqamətində qətiyyətlidir və qarşı tərəfin öhdəliklərə sadiq qaldığı zamana qədər öz öhdəliklərinə sadiq qalacaqdır.
Vyana nüvə anlaşmasının heç bir ölkəyə zərəri olmadığını qeyd edən Ruhani söyləyib: Regional problemlərin həlli, o cümlədən terrorizmlə mübarizə və təhlükəsizliyin bərqərar olunması üçün İranın əməkdaşlıqları söylənənləri sübut edir.
İran prezidenti Suriya, Livan və Yəmən böhranlarının həllinin yalnız siyasi yolla mümkün olduğunu qeyd edərək bildirib: Nüvə müzakirələri sübut etdi ki, əgər hamı müzakirə masasına gəlməklə razılaşarsa, ixtilafı həll edərək anlaşmaya çata bilərlər.
Fransaya dəvət olunduğuna görə, Fransa prezidenti Fransua Ollanda təşəkkürünü bildirən Ruhani əlavə edib: İran Fransa ilə öz münasibətlərini canlandırmaq ardıncadır. Nüvə anlaşması digər anlaşmalar üçün əsas ola bilər və yaranan fürsətdən istifadə etmək lazımdır ki, keçən illərdəki geriliklərin əvəzi çıxılsın.
Fransa xarici işlər naziri Loran Fabius da bu görüşdə deyib: Fransa hökuməti İranla dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələri qurmaq ardıncadır.
Bəzən ölkələrin əlaqələrində eniş-yoxuşların olduğuna toxunan Fabius əlavə edib: Bu gün Tehran və Paris arasında əməkdaşlıqların yeni səhifəsi açılır və bu yeni başlanğıcın perspektivi nüvə anlaşmasına görə aydındır.

Teqlər