İyul 29, 2015 20:34 Asia/Baku
  •  Loran Fabius
    Loran Fabius

Fransa xarici işlər naziri Tehrana səfərinin davamında İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri ilə də görüşərək danışıqlar aparıb. Loran Fabius Məsumə Ebtekarla birgə keçirdiyi mətbuat konfransında Səhər Beynəlxalq Televiziyası müxbirinin İrana səfərinin məqsədləri barəsindəki sualına cavabda deyib: İran və Fransa xalqları arasında qarşılıqlı hörmət və bütün sahələrdə əməkdaşlıqların yüksəldilməsi Tehran səfərimin məqsədləri idi.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Məsumə Ebetkar Fransa xarici işlər naziri Loran Fabiusla ikitərəfli görüşündə iqlim dəyişikliyi və ətraf mühit barəsində əməkdaşlıqla əlaqədar deyib: Cari ilin sonunda Fransanın rəhbərliyi ilə "İqlim Dəyişikliyi" adı altında iclas keçiriləcək. Bu iclasda iqlim dəyişikliyi, istixana qazlarının istehsalının azalması və su ehtiyatlarının artırılması barəsində anlaşma əldə etməyə çalışacağıq.
Fransa xarici işlər naziri deyib: Xanım Ebtekarı hava şəraiti ilə əlaqədar uyğunlaşmağın formatı barəsində danışıqlar aparmaq məqsədilə Parisə dəvət etdik.
Fransa xarici işlər naziri Beynəlxalq Səhər Televiziyası müxbirinin İran və Fransa arasında gələcəkdə əlaqələrin perspektivi və səfərinin məqsədləri barəsindəki sualına cavabda deyib: Əgər bu səfəri ixtisarla demək istəyərəmsə, onu iki cümlədə deyə bilərəm. Birincisi Fransa xalqının İran xalqına və mədəniyyətinə hörmət bəsləməsi və qarşılığında İran xalqının Fransa xalqı və mədəniyyətinə hörmətlə yanaşması. İkincisi isə bütün iqtisadi, mədəni və ətraf mühit sahələrində əlaqələr və müzakirələrin yenidən başlanması ilə əlaqədardır. Bu qarşılıqlı hörmətin bariz nümunəsi isə Fransa xarici işlər nazirinin İran prezidentini Fransaya dəvət etməsidir.
"Nüvə məsələsində çoxlu danışıqlarımız olub. Biz öhdəliklərimizə hörmətlə yanaşırıq və münasibətlərin yenidən başlanması barəsində isə qeyd etməliyəm ki, İranla əlaqələr digər səviyyələrdə də izləniləcək" -deyə Fabius əlavə edib.

Teqlər