Ərdoğan Türkiyədə böhranın idarəsi və yanlışlıqları islah etmək ardıncadır
İyul 30, 2015 08:17 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü deyib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin hazırkı vəziyyəti və böhranı idarə etmək ardıncadır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Nozər Şəfii Türkiyənin ötən 4 il ərzində Suriya hökuməti ilə əvəzedici müharibədə bir növ özünü vurmaqda olduğunu bəyan edərək deyib: Ankara bir tərəfdən təkfirçi terrorçuları dəstəkləyir və onlarla neft alış-verişi edir, digər tərəfdən isə onlarla müharibəyə girib.Şəfii həmçinin Türkiyə hökumətinin Kürd Fəhlə Partiyası PKK ilə atəşkəs üçün neçə illik səylərin bu ölkə ordusunun Suriya və İraqda kürd mövqelərinə hücumu ilə məhv olduğunu bəyan edərək deyib: Türkiyə daxili çəkişmə və hakim partiyanı tənqid edən müxtəlif partiyalarla qarşıdurmada olmuşdur və daxili savaş bu ölkə üçün baş verə bilər.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü bildirib: Hakim Ədalət və İnkişaf partiyası təkfirçi terrorçuları dəstəkləmək və PKK-nın güclənməsindən nigaranlıq üzrə öz yanlışıqlılarını islah etmək istiqamətindəki səyi Türkiyəni strategiyanı dəyişmə prosesində iki tərəfi məğlubiyyət olan oyuna salmışdır.