Avq 02, 2015 08:50 Asia/Baku
  • İraqçı Vyana müzakirələrinin nailiyyətlərini açıqlayıb
    İraqçı Vyana müzakirələrinin nailiyyətlərini açıqlayıb

İranın 5+1 qrupu ilə nüvə müzakirələrindəki komandasının baş üzvü son Vyana müzakirələrinin nailiyyətləri və xüsusiyyətlərini açıqlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçı ötən gün İranın Televiziya və Radio Təşkilatının yüksək səviyyəli müdirləri ilə görüşdə İranın nüvə məsləsinin Təhlükəsizlik Şurasından çıxarılması, bu şuranın İran əleyhinə öncəki 6 qətnaməsinin ləğv edilməsi, 8 ildən sonra silah və raket məhdudiyyətlərinin ləğv olunmasını Vyana nüvə müzakirələrinin yekununun xüsusiyyətlərindən adlandırıb.
İraqçı əlavə edib: Qarşı tərəfin öhdəliyə sadiq qalmadığı halda biz öncəki şəraitə qayıda bilərik və nəzərdə tutulan bir aylıq prosesi keçmək, həmçinin Təhlükəsizlik Şurasında hüquqi izləməyə ehtiyac yoxdur. Çünki nə məsləhəti, nə də faydası yoxdur.
İranın nüvə müzakirə komandasının baş üzvü 35 il sanksiyadan sonra təyyarə satışına icazənin verilməsi, püstə və kürü kimi ərzaq maddələrinin Amerikaya ixrac olunması, Amerika şirkətlərinin ofislərinin İranda fəaliyyət göstərməsinə icazənin verilməsini bu anlaşmada ləğv olunan qeyri-nüvə sanksiyalarından adlandırıb.
Müzakirədə həmişə al-ver məsələsinin baş verdiyini bildirən İraqçı əlavə edib: Hər halda bu bir müzakirə idi və müzakirədə mütləq qarşı tərəf əgər bir şey əldə etməzsə, anlaşmaya razılıq verməyəcək. Mütləq müzakirədən əliboş çıxmayacaq. Buna görə, biz də beləyik. Yəni əsas tələblərimizə çatmasaq və əlimiz istədiyimizlə dolmazsa, mütləq müzakirəyə razılıq vermirik.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini qırmızı xətlərə riayət olunmaqla əsas tələblərin əldə olunmasında İran müzakirəçilərinin səyini vurğulayaraq əlavə edib: Müzakirədən sonra da bu istiqamətdə öz dialoqumuzu davam etdirməliyik.
Nüvə müzakirələrinin yekununun önəmli məsələsini İranın BMT əsasnaməsinin 7-ci fəslindən çıxması adlandıran İraqçının sözlərinə görə, Təhlükəsizlik Şurasının 6 qətnaməsinin bir yerdə ləğv olunması böyük və on illik müqavimətin nailiyyətidir.
İranın nüvə müzakirə komandasının baş üzvü deyib: İranın zənginləşdirmə proqramı artıq indi dekorasiya işi deyil, 2-ci tələbimiz olan ticarət və sənaye cəhətlərinə malik uzunmüddətli bir proqram kimi təsbit olmuşdur və BMT Təhlükəsizlik Şurası da onu təsdiqləmişdir.
Hazırkı müzakirələrin nailiyyətlərini İran xalqı və İslam İnqilabının Böyük Rəhbərinin 10 illik müqavimətinin səmərəsi adlandıran İraqçı deyib: İslam İnqilabının Böyük Rəhbəri sayıqlıqla müzakirələri istiqamətləndirdilər ki, bu nöqtəyə gəlib çata bildik.

Teqlər