Avq 03, 2015 08:14 Asia/Baku
  • Ruhani: Vyana nüvə razılaşması bir
    Ruhani: Vyana nüvə razılaşması bir "uduş-uduş" razılaşmasıdır

İran İslam Respublikasının prezidenti Vyana nüvə razılaşmasını bir "uduş-uduş" razılaşması adlandırıb və belə deyib: İran bu razılaşmada özünün üç hədəfinə, yəni nüvə hüququnun təsbiti, BMT əsasnaməsinin yeddinci fəslindən çıxma və sankasiyaların ləğvinə nail oldu və qarşı tərəf də mühüm bir hədəfə malik idi ki, deyir ki, ona nail olubdur.

IRNA-nın məlumatına görə, höccətulislam vəlmuslimin Həsən Ruhani bazar günü axşam çağı İran xalqı ilə canlı radio-televiziya söhbətində qarşı tərəfin "bu razılaşma İran ilə atom bombası arasında bir il fasilə salır" iddiası haqda deyib: İran İslam Respublikası ümumiyyətlə kütləvi qırğın silahları ardınca deyil və qərblilərin bu iddiası tamamiləyə illüziyadır.
O, əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri tarixi fitvada kütləvi qırğın silahlarını, o sıradan nüvə silahını, eləcə də onun düzəldilməsi və saxlanılmasını boykot ediblər.
İran prezidenti Qərb ölkələrinin əhd-peyman pozma üzrə keçmişləri barədəki sualın cavabında deyib: İran xalqı təbii surətdə 5+1 qrupundakı bəzi ölkələrə inanmır, amma bu, o demək deyildir ki, əgər biz bir ölkə ilə problemə malikiksə, həmin ölkə ilə müştərək bir hədəf barədə danışa bilmərik.
Ruhani əlavə edib: "Dünya qarşısında iki yoldan başqa bir yol yoxdur: Ya dünya qarşısında təslim olmalısan, ya da ki, dünya məğlubiyyətə uğramalıdır" təfəkkürü o qədər də məntiqli deyil, zira üçüncü yol da mövcuddur və o, "dünya ilə anlaşma"dır.
O, həmçinin böyük Vyana nüvə razılaşması nailiyyəti barədə deyib: Təhlükəsizlik Şurasının son 2231 saylı qətnaməsindən öncəyədək İran BMT-nin nöqteyi-nəzərindən sülh və təhlükəsizliyin təhdidedicisi sayılırdı, amma bu gün bu qətnaməyə görə, İran dinc nüvə texnologiyası ardınca olan bir ölkədir.
Ruhani regionda bu razılaşmaya olan reaksiya barədə deyib: Sionist rejim və bir-iki region ölkəsi bu razılaşmadan narahat və əsəbidir, amma regionda və qonşular arasında bu razılaşmadan sevinməyən bir xalq tapa bilməzsiz.

Teqlər