İrandan Türkiyəyə qaz ixracatı bərpa olunub
Avq 03, 2015 09:47 Asia/Baku
-
İrandan Türkiyəyə qaz ixracatı bərpa olunub
İrandan Türkiyəyə qaz ixracatı bərpa olunub.
İranın Milli Qaz Şirkətinin Qazın İstehsalı, Köçürülməsi və Paylanması Şöbəsinin müdiri Mənuçehr Taheri Neft və Enerji İnformasiya Agentliyi- ŞANA ilə müsahibədə vurğulayıb: İrandan Türkiyəyə qaz ixracatı Türkiyənin BUTAŞ şirkətinin öz hazırlığını bildirməsi ilə ötən bazar ertəsi günündən bərpa edilib.Taheri əlavə edib: Ötən həftənin bazar ertəsi günü iyulun 27-də Türkiyə ərazisində bir ixracat boru kəmərində problemin yaranmasının ardınca İran qazının bu ölkəyə göndərilməsi dayandırıldı.
İranın Milli Qaz Şirkətinin Qazın İstehsalı, Köçürülməsi və Paylanması Şöbəsinin müdiri sonra deyib: Türkiyə tərəfindən hazırlığın bildirilməsindən sonra qaz nəqli başlanıb və hazırda bu ölkəyə 20 milyon kubmetr həcmində qaz ixrac olunur.
1996-cı ilin avqustunda imzalanmış 25 illik müqaivləyə əsasən, İran Türkiyəyə ildə on milyard kubmetr qaz ixrac edir.