İranlı və ameriklı şirkətlərin həmkarlıqları maneəsizdir
Avq 03, 2015 14:46 Asia/Baku
-
İranlı və ameriklı şirkətlərin həmkarlıqları maneəsizdir
İran İslam Şurası Məclisinin Energetika Komissiyasının üzvü deyib: Amerikalı şirkətlərin İranın neft sənayesində fəaliyyət göstərmələri üçün bir qadağa yoxdur.
İran İslam Şurası Məclisinin Energetika Komissiyasının üzvü Cəlil Cəfəri Bəne Xəlxal ŞANA informasiya kanalı ilə müsahibədə xarici investorların İranın neft və qaz sənayesində iştiraklarını alqışlayaraq, vurğulayıb: Amerikanların öz sanksiyaları onların İranın neft bazarından uzaq qalmalarına bais olubdur.İran İslam Şurası Məclisinin Energetika Komissiyasının üzvü əlavə edib: İranda mövcud olan təhlükəsizlik investorlar üçün önəmli hallardandır və bu cür fəaliyyət üçün üstün cəhətə malik sektorlardan biri, neft və qaz sənayesidir.
Cəfəri Bəne Xəlxal söyləyib: Avropada, Amerikada və dünyanın sair nöqtələrindəki ölkələrlə anlaşma yolu ilə İranın mənafeyi üçün ən yaxşı mənfəətləri axtarıb tapmaq olar.
İran parlamentinin nümayəndəsi sonra deyib: İranda sərmayə yatırımı mənfəətinin göstəricisi Türkiyə kimi qonşular və hətta Avropa ilə müqayisədə daha yuxarıdır. Bu üzdən, bu, investorlar üçün bir cazibə sayılır.
İran İslam Şurası Məclisinin Energetika Komissiyasının üzvü əlavə edib: İranda investisiyanın mənfəəti Avropa ilə müqayisədə bir neçə qat yuxarıdır, buna görə, İran bazarı neft və qaz şirkətləri üçün çox mənfəətlidir.