İran və İtaliya xarici işlər nazirlərinin görüşü
Avq 05, 2015 08:27 Asia/Baku
-
İran və İtaliya xarici işlər nazirlərinin görüşü
İranın xarici işlər naziri deyib ki, İran xalqı Müştərək Addım üzrə Əhatəli Proqrama əsaslanan öhdəliklərin tam və dəqiq icrası barədə tamamilə sayıq və həssasdır.
IRIB-nin məlumatına görə, Tehranda öz italyan həmkarı ilə görüşdə danışan Məhəmməd Cavad Zərif Qərb ölkələrinin İran xalqının istəklərinə diqqətini və İran ilə Avropa ölkələri arasındakı həmkarlıqların yeni dövründə Qərb ölkələrinin Qərb ilə bağlı İran xalqının zehnində yaranmış bədbinliyin dəyişdirilməsinə səy göstərmələrini bundan sonrakı münasibətlərin formalaşmasında əsas ünsür adlandırıb.İran və İtaliyanın xarici işlər nazirləri çərşənbə axşamı günü İtaliyanın yüksək səviyyəli siyasi-iqtisadi heyətinin İrana daxil olmasından sonra apardıqları müzakirələrdə Tehran-Roma əlaqələrinin müxtəlif cəhətləri, eləcə də regional böhranlar barədə müntəzəm məşvərət və həmkarlıq sahələri, həmçinin tərəfləri maraqlandıran müxtəlif beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu görüşdə İtaliyanın xarici işlər naziri Paulo Centilone də ümidvarlıq edib ki, ikitərəfli həmkarlıqlar və ardıcıl qarşılıqlı məşvərətlər regional və beynlxalq stabilliyin güclənməsində təsirli olacaq.