Ayətullah İmami Kaşani İranın nüvə müzakirə heyətinin səylərini alqışladı
Avq 07, 2015 16:11 Asia/Baku
Tehranın cümə namazı xətibi deyib: İranın nüvə müzakirə heyəti dünyanın 6 böyük qüdrəti ilə müzakirələrdə İran xalqının haqlarını müdafiə etdi.
Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani İranın nüvə müzakirə heyətinin səylərini yüksək qiymətləndirib və deyib: İnqilab Rəhbərinin istiqamətləndirmələri və xalqın dəstəyi nüvə müzakirələrində əldə edilən uğurda böyük təsirə malikdir.Ayətullah İmami Kaşani daha sonra müqavimət iqtisadiyyatı siyasətini sanksiyaların zərərsizləşdirilməsində təsirli və bu siyasətin davam etdirilməsini zəruri adlandırıb və deyib: ümidvarıq Vyanada əldə olunan nüvə anlaşması İranda və digər ölkələrdə qanuni şəkildə araşdırıldıqdan sonra icra mərhələsinə daxil olmuş olsun.
Tehranın müvəqqəti imam cüməsi bəzi qərb rəsmilərinin İranı terrorizmi himayə etmək və ya atom bombası istehsal etməyə cəhd göstərməkdə ittiham etmələrini gülünc və məntiqsiz adlandırıb və deyib: Bu yalan iddialar keçmiş düşmənçiliklərin davamıdır. Və onlar keçmişdəki düşmənçilik siyasətlərinə düzəliş etmək yerinə, İran xalqına qarşı düşmənçiliklərini davam etdirirlər.
Ayətullah İmami Kaşani daha sonra ABŞ rəsmilərini, sionist rejim başçılarını nüvə anlaşması ilə bağlı razı salmağa çalışmalarına görə tənqid edib və deyib: sionistlər yalnız o zaman razı olarlar ki, dünyadakı bütün digər xalqlar məhv olmuş olsun və Yer üzündə yalnız özləri qalmış olsunlar. Buna görə də insanları çəkinmədən öldürürlər.
Tehranın cümə namazı xətibi bəzi ərəb ölkələri o cümlədən Ərəbistanı sionist rejimi himayə etmələrinə görə qınayıb və deyib: Bu rejim dünyanın ən eybəcər və çirkin rejimidir. Müsəlmanlar təhlükəsizliyə və sabitliyə nail olmaq üçün birləşməli, bu rejimi regiondan qovmalıdırlar.
Tehranın cümə namazı xətibi daha sonra sionistlər və təkfirçi terrorçuları o cümlədən İŞİD qruplaşmasını dünya imperializminin yetirmələri adlandırıb və deyib: dünyanın böyük qüdrətləri terrorizmi gücləndirir və dünya ölkələrinə yayırlar.