İran prezidenti: Jurnalistlər ictimaiyyətin ayıq vicdanıdır
Avq 08, 2015 05:01 Asia/Baku
-
İran prezidenti: Jurnalistlər ictimaiyyətin ayıq vicdanıdır
İran İslam Respublikası prezidenti jurnalistləri ictimaiyyətin ayıq vicdanı və gözü adlandırıb.
İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidmətindən bildirilib ki, cənab prezident Həsən Ruhani cümə günü jurnalist günü münasibətilə bir müraciət edərək, şəhid jurnalistlərin xatirəsini yad və bütün jurnalistləri təbrik edib.Müraciətdə deyilir: Jurnalistlər ictimaiyyətin milli kimliyini və ictimai hüquqlarının gözətçiləridirlər. Və İran dövləti öz tədbir və ümidini jurnalistlərin həmrəyliyi və yekdilliyinə borcludur.
Həsən Ruhani daha sonra deyib: Bu gün dünyada dayanıqlı inkişafa nail olmaq, ictimai bünövrələri möhkəmləndirmək və qorumaq yalnız, həqiqətlərin vaxtında və düzgün formada ictimaiyyətin ayıq vicdanı və oyanıq gözü olan jurnalistlər vasitəsilə insanlara çatdırılması yolu ilə mümkündür.
İran prezidenti daha sonra deyib: jurnalistlər öz peşəkar fəaliyyətləri ilə həqiqətləri və milli potensialları tanıtdırmalı və çatışmazlıqlar ilə mübarizə aparmalıdırlar. Əslində onlar ölkə rəhbərliyi üçün etibarlı müşavirlərdirlər.
Həsən Ruhani həmçinin, bütün nazirliklər və dövlət qurumlarından istəyib ki, jurnalistlərin məişət problemlərini həll etsinlər ki, onlar, İranın abadlıq və inkişaf yolunda addımlamasına, öz məqsədlərinə nail olmasına kömək etmiş olsunlar.
8 avqust 1998-ci il tarixində İRNA-nın müxbiri Mahmud Saremi İran konsulluğunun 8 üzvü ilə birlikdə Əfqanıstanın Məzar Şərif şəhərində terrorçu Taliban qruplaşması tərəfindən şəhid edildi. Bu münasibətlə hər ilin 8 avqust tarixi İran təqvimində Jurnalist Günü kimi qeyd olunur.
Teqlər