Avq 09, 2015 09:47 Asia/Baku
  • İranın milli mediyasının yeni xəbər baxışına təkid edildi
    İranın milli mediyasının yeni xəbər baxışına təkid edildi

İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri milli medianın yeni xəbər baxışının müxatiblərin sayının artmasına səbəb olduğunu deyib.

İRİB-nin məlumatına görə, İranın Radio və Televiziya Təşkilatının sədri Məhəmməd Sərəfraz şənbə günü, Radio və Televiziya Təşkilatının konfrans zalında "Jurnalist Günü" münasibətilə keçirilən tədbirdə qiraət olunan müraciətində deyib: Milli medianın yeni fəaliyyət dövründə sənədli filmlər və xəbər buraxılışlarının hazırlanmasında yeni baxışın formalaşması, xəbər proqramlarının keyfiyyətinin yaxşılaşmasına və müxatiblərin sayının artmasına səbəb olub.
İranın Radio və Televiziya Təşkilatı sədrinin müraciətində daha sonra deyilir: Jurnalist günü, məsuliyyətli və çalışqan insanların qiymətləndirildiyi gündür.
Məhəmməd Sərəfraz əlavə edib: Jurnalistin mövqeyi və rolunun əhəmiyyəti o qədər yüksəkdir ki, rabitə və informasiya texnologiyalarının inkişaf etməsi, telekanalların sayının artması, virtual informasiya qaynaqlarının çoxalmasına rəğmən, hələ də jurnalistlər medialarda əvəzolunmaz rola malikdirlər.
İranın milli mediasının sədri öz müraciətinin davamında deyib: Jurnalistlər öz peşəkarlıqları və fəaliyyətləri ilə telekanallara ad qazandırırlar. Belə ki, telekanalları jurnalistlərinin adı və sanı ilə tanıyırlar.
M.Sərəfrazın müraciətində həmçinin deyilir: Milli media da xəbər sahəsində fəaliyyət göstərənlərin səyləri sayəsində bu gün etibarlı bir media olaraq, iqtidar və etibarın zirvəsinə yüksəlməyi bacarıb. Həssas məqamlarda böhranlar və cərəyanları düzgün dəyərləndirərək, zorakı qüdrətlərin pərdə arxasındakı məqsədlərini ifşa edib. Həqiqətləri dünyaya çatdırıb. Və bu gün Milli media sahib olduğu mövqeyə görə, yorulmaz və fədakar jurnalistlərə borcludur.
İranın Radio və Televiziya Təşkilatının sədri həmçinin deyib: Milli media jurnalistləri və onların reportajlarının hər bir kəlməsi, ötən illər ərzində Milli media üçün iftixarlarla dolu bir tarix yazıb.
İranın Radio və Televiziya Təşkilatı sədri öz müraciətində həmçinin, jurnalistləri təbrik edib və milli medianın şəhid jurnalistlərinin xatirəsini əziz tutub.

Teqlər