Avq 09, 2015 18:30 Asia/Baku
  • Salehi: İran nüvə sənayesinin iqtisadiləşdirilməsini istəyir
    Salehi: İran nüvə sənayesinin iqtisadiləşdirilməsini istəyir

İran İslam Respublikası prezidentinin müavini və İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın nüvə fəaliyyətlərinin əsas məqsədi nüvə sənayesinin iqtisadiləşdirilməsidir.

İRİB-nin məlumatına görə, Əli Əkbər Salehi bu gün Tehranda İran və 5+1 ölkələri arasında əldə olunmuş nüvə anlaşmasının müxtəlif cəhətlərinin araşdırılması iclasında deyib: Vyana müzakirələrindən öncə İran sanksiyalara məruz idi və heç bir yolla İran ilə digər ölkələr arasında nüvə əməkdaşlığına imkan yox idi. Buna görə də, İran nüvə sahəsindəki bütün nailiyyətlərini yerli alimlər və mütəxəssislərinə borcludur.
Salehi nüvə anlaşması ilə bağlı bəzi tənqidlərə cavab olaraq deyib: Anlaşmanın əldə edilməsindən sonra bəzi fikirlər səsləndirilir ki, İranın nüvə fəaliyyətləri bəzi sahələrdə yavaşıdılıb və ya dayandırılıb. Amma, İran xalqı əmin olsun ki, anlaşmada qırmızı xətlərə riayət olunub və bütün məhdudiyyətlər ləğv ediləcək.

Teqlər